Güclü külək Xaçmazda da fəsadlar törətdi
Bizi izləyin

Qırmızı.az

Güclü külək Xaçmazda da fəsadlar törətdi

Bu gün saat 20:30-dan başlayaraq Quba, Qusar, Xaçmaz rayonlarında qasırğaya bənzər güclü külək əsməyə başlayıb.

Bu gün saat 20:30-dan başlayaraq Quba, Qusar, Xaçmaz rayonlarında qasırğaya bənzər güclü külək əsməyə başlayıb.

Xaçmazda güclü külək elektrik enerjisinin verilişində problemlərin yaranmasına səbəb olub. Belə ki, elektrik xətləri qırılıb, qısaqapanmalar yaranıb.

Bundan başqa əsən külək xeyli sayda ağacın qırılması ilə nəticələnib.

Xaçmaz Regional Elektrik Mərkəzi bölgədə eletrik enerjisi ilə bağlı yaranmış problemi təsdiqləyib və hazırda fəsadların aradan qaldırılması istiqamətində iş görüldüyü bildirilib. Güclü külək nəticəsində baş vermiş fəsadlar zamanı ölkənin şimal bölgəsinə dəyən zərərin məbləği hesablanılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm