Bakının bu küçəsindən keçsəniz, başınıza zibil yağacaq – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakının bu küçəsindən keçsəniz, başınıza zibil yağacaq – FOTOLAR

Bəzi aidiyyəti qurumların öz işlərinin öhdəsindən layiqincə gəlməmələri bir çox hallarda vətəndaşların haqlı narazılıqları ilə qarşılanır. Buna görə də onlar tez-tez rəsmi qurumlara, habelə mətbuata üz tutub şikayət edirlər. Lakin bu yazıda toxunacağımız faktlarda hər şey əksinədir.

Publika.az xəbər verir ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsindəki 10-cu binanın ərazisində yuxarıda sadaladıqlarımızın tam əksi baş verir.

Məsələ burasındadır ki, İlqar Əhlimanov küçəsində yerləşən binaların həyətindən keçmək təhlükəlidir. Çünki zibil yeşiklərinin olmasına, məişət tullantılarının vaxtında təmizlənməsinə baxmayaraq, binaların bəzi sakinləri məişət tullantılarını həyətdəki zibil qutularına deyil, düz küçənin ortasına, həyətə atırlar.

Bu isə buradan keçənlər üçün təhlükə yaradır.

Mənzil Kommunal İstismarı Sahəsinin işçiləri də bina sakinlərinin bu hərəkətindən cana doyublar.

Əməkdaşımız da həmin həyətdə apardığı bir neçə dəqiqəlik müşahidə zamanı deyilənlərin doğru olduğunun şahidi olub.

Hər gün süpürülən ərazi binanın sakinləri tərəfindən elə çirkləndirilir ki, küçə itlərin, pişiklərin, hətta qazların və toyuqların daimi məskəninə çevrilib. Heyvanlar da axtardıqlarını burada çox asanlıqla tapa bilir.

Qeyd edək ki, İlqar Əhlimanov küçəsi Hövsanın mərkəzi küçələrindən biridir.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm