Beytulla Hüseynovun qardaşı da işdən qovuldu
Bizi izləyin

Qırmızı.az

Beytulla Hüseynovun qardaşı da işdən qovuldu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynov işiylə vidalaşıb.

Məlumat üçün bildirək ki, Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar. E.Mahmudovun işdən çıxarılmasından sonra oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm