• USD 1,7000 0,00% EUR 2,0681 +0,80%
    • GBP 2,3774 +0,54% RUB 0,0230 +0,43%

Şirkət rəhbəri İnterpolun axtarışına verildi - 300 minlik mənimsəmə

Şirkət rəhbəri İnterpolun axtarışına verildi - 300 minlik mənimsəmə

Azərbaycanda turizm şirkətlərindən birinin rəhbəri beynəlxalq axtarışa verilib.

APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı Əhməd Məmmədov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Ə. Məmmədov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnperpola müraciət olunub.

APA-nın əldə etdiyi məlumata görə, Ə.Məmmədov Azərbaycanda fəaliyyət göstərən “Happy Qrup” turizm şirkətinin direktoru olub. İddialara görə, o, müxtəlif şəxslərin etimadından sui-istifadə edərək 300 min manata yaxın pul mənimsəyib.

Şikayətçilərdən birinin APA-ya verdiyi məlumata görə, Ə.Məmmədov təkcə Azərbaycan deyil, Rusiya hüquq-mühafizə orqanları tərəfindən də axtarılır. Onun Rusiya vətəndaşlarına qarşı da dələduzluq etdiyi bildirilir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet