Qırmızı.az
Sabah bir yağış yağacaq ki...

Sabah Azərbaycanın bəzi ərazilərində güclü yağış yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-16, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz
təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 27-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 13-17, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

-
Sosial20:48
Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi - VİDEO
-
Sosial20:36
Azərbaycanda boşanmalarla bağlı SON STATİSTİKA
-
Region20:00
Ərdoğan: "Sülhə yol açmaq üçün Putinlə daimi təmasdayam"
-
Magazin119:37
Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO
-
Dünya19:03
“Ukraynanın NATO-ya qəbulu mümkünə yaxın belə deyildi” - Conson
-
Nida Xəbər 18:45
İdxal olunan ətlərdən harada istifadə olunur?
-
Dünya18:38
Ərdoğan: "Gecikmələrə dözə bilmərik"
-
Dünya17:48
Dünya elmini şoka salan ...iki cəsəd – FOTO