Xırdalanda yaşayış binası uçdu, xəsarət alan var - YENİLƏNİR
Bizi izləyin

Qırmızı.az

Xırdalanda yaşayış binası uçdu, xəsarət alan var - YENİLƏNİR

Bu gün axşam saatlarından başlayan güclü külək Abşeron rayonu, Xırdalan şəhərinə də ciddi ziyan vurmaqdadır.

Bu gün axşam saatlarından başlayan güclü külək Abşeron rayonu, Xırdalan şəhərinə də ciddi ziyan vurmaqdadır.

AzNews.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl, şəhərin 26-cı məhəlləsindəki beşmərtəbəli binalardan birinin tavanı tamamilə uçub. Uçan tavanın qırıntıları yaxınlıqdakı həyət evlərin, eləcə də avtomobillərin üzərinə tökülüb, onlara ciddi ziyan vurub. Binanın yaxınlığında yaşayan bir nəfərin də zərər çəkdiyi söylənilir.

Məlumata görə, Seyfəddin Mirzəyev adlı şəxs 99 DV 970 nömrə nişanlı “Mercüdess” markalı avtomobili park edərkən, külək binanın tavanını atıb. Tavanın bir hissəsi onun avtomobilinin üzərinə düşüb. Xoşbəxtlikdən, S.Mirzəyev ciddi xəsarət almasa da, avtomobil yararsız hala düşüb.

Sakinlərin bildirdiyinə görə, elektrik xətləri və qaz boruları qırıldığından vəziyyət daha təhlükəlidir və onlar belə bir vəziyyətdə köməksiz halda

qalıblar. Belə ki, aidiyyəti idarələrdən heç biri telefonlara cavab vermir. Sakinlər təşviş işindədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm