Yağışlar Balakəni işıqsız qoydu – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Yağışlar Balakəni işıqsız qoydu – RƏSMİ AÇIQLAMA

Ötən gün Balakən rayonunda güclü külək və yağışın törətdiyi fəsadlar aradan qaldırılır.

Bunu Publika.az-a Balakən rayon icra başçısının köməkçisi Aydın Xoçberov deyib. Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti nəticəsində Balakən rayonunun Katex kəndi ərazisində magistral yola aşan dirəklər yoldan çıxarılıb və kəndə verilən elektrik enerjisi bərpa olunur:

“Katex kəndi ərazisinə yağan güclü yağış nəticəsində magistral yolda olan elektrik dirəklərinin altı boşalıb və dirəklər yola aşıb. Bu heç bir fəsad törətməyib. Hazırda əməkdaşlarımız ərazidə bərkitmə işləri aparır və elektrik enerjisinin verilişi bərpa olunur. Qəzalı vəziyyətdə olan digər dirəklərlə bağlı da tədbir görüləcək”.

A.Xoçberovun sözlərinə görə, hazırda rayonda yağışlı və qeyri-sabit hava şəraiti davam etsə də, ümumilikdə rayona ciddi ziyan dəyməyib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm