15 universitetin ən yaxşı proqramçıları seçildi
Bizi izləyin

Qırmızı.az

15 universitetin ən yaxşı proqramçıları seçildi

Qafqaz Universitetində “40-cı ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq” müsabiqəsinin növbəti 1/4 final mərhələsi (XI Azərbaycan Çempionluğu) keçirilib.

Publika.az xəbər verir ki, müsabiqə Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan Bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə təşkil edilib.

Qafqaz Universitetində keçirilən müsabiqədə 15 universitetdən 62 komanda qeydiyyatdan keçib, 55 komanda iştirak edib.

Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C, C++, Java proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə PCMS2 online avtomatik test sistemi ilə aparılıb.

Müsabiqənin nəticələrinə əsasən, birinci yer Qafqaz Universiteti (Mammadov, Sarayev, Allahverdiyev), ikinci yer, Qafqaz Universiteti (Valiyev, Ahmadov, Hajiyev), Qafqaz Universiteti (Kerimov, Huseynov, Hajili), üçüncü yer Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (Yahyayev, Veliyev, Kazimi), Azərbaycan Texniki Universiteti (Mammadzade, Rehimova, Abdullayev), Qafqaz Universiteti (Hasanov, Akhundov, Klyestov) olub.

Müsabiqənin yarımfinal mərhələsi 5-6 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm