24925 nəfər sərxoşluğa görə müayinə edilib
Bizi izləyin

Qırmızı.az

24925 nəfər sərxoşluğa görə müayinə edilib

Bu ilin 9 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 24925 nəfər keçib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlardan 554 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb.

9 ay ərzində 2157 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 1016 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 933 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. 208 nəfəri isə digər diaqnozlarla stasionar müalicəyə qəbul edilib.

Respublika Narkoloji Mərkəzində insanın immunçatışmamazlığı virusunun infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsi yaradılıb. Doqquz ay ərzində müayinədən 1783 nəfər keçib.

Ədliyyə Nazirliyi tərəfindən 9 ay ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib. Onlardan 1069 nəfərinə narkomaniyadan məcburi müalicə təyin edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm