Gəncədə yeni lokomotivlər istehsal olunacaq
Bizi izləyin

Qırmızı.az

Gəncədə yeni lokomotivlər istehsal olunacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” Şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən yaxın vaxtlarda Gəncədə lokomotiv istehsalına başlanacaq.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” Şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən yaxın vaxtlarda Gəncədə lokomotiv istehsalına başlanacaq.

Rzılaşmanın ilkin mərhələsi başa çatdıqdan sonra istehsalı nəzərdə tutulmuş lokomotivlərin dizayn və detalları dəqiqləşdiriləcəkdir. Layihələşdirmədən sonra iqtisadi-texniki əsaslar hazırlanaraq hökumətə təqdim olunacaq.

Yeni lokomotivlərdən əsasən Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə olunacaqdır. Bununla yanaşı, həmin magistralda istifadə üçün İsveçrə şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması da nəzərdə tutulmuşdur. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm