Zakir Qaralov Hacıqabulda görüş keçirəcək
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov Hacıqabulda görüş keçirəcək

Baş prokuror Zakir Qaralov noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Publika.az xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, onların rahatlığı üçün qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm