"WizzAir" Azərbaycana reysləri bərpa edir
Bizi izləyin

Qırmızı.az

"WizzAir" Azərbaycana reysləri bərpa edir

Bu gün Bakıda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə "WizzAir" lou-kost aviaşirkəti (Macarıstan-Polşa) arasında Budapeşt-Bakı-Budapeşt marşrutu ilə müntəzəm aviareyslərin yerinə yetirilməsinə dair müqavilə imzalanıb.

"Report" xəbər verir ki, ilk öncə Azərbaycan tərəfi xarici şirkətə Qəbələ hava limanından uçuşlar həyata keçirməyi təklif etmişdir, lakin "WizzAir" reyslərin Bakı istiqamətində yerinə yetirilməsinə təkid edib və tərəflər arasında bununla bağlı razılıq əldə edilib.

"WizzAir" Budapeşt-Bakı-Budapeşt istiqaməti üzrə aviareyslərə 2016-cı ilin mart ayında başlayacaq. Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək, yay mövsümündə isə onların sayı həftədə iki dəfəyə qədər artırılacaq.

Xatırladaq ki, "WizzAir" 2013-cü ilin iyun ayından Budapeştdən Bakıya birbaşa reyslər yerinə yetirməyə başlayıb, 2014-cü ilin oktyabr ayında isə şirkətlər arasında uçuşlara dair müqavilənin müddəti bitdiyi üçün bu marşrut üzrə reyslər dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm