İstehsalatda bədbəxt hadisədən ölənlərin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

İstehsalatda bədbəxt hadisədən ölənlərin sayı azalıb

“Bu ilin 9 ayı ərzində Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azalıb”.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının tədbirində çıxışı zamanı deyib.

F.Əlizadə Beynəlxalq Əmək Təşkilatının hələ 2013-cü ilə dair statistikasına görə, dünyada 202 milyon nəfər işsiz insan, o cümlədən 74,5 milyon nəfər işsiz gənc olduğunu, gənclər arasında işsizlik səviyyəsinin 13,1% təşkil etdiyini bildirib:

“İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə həm ümumi əhali, həm də gənclər arasında məşğulluq səviyyəsi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağı olaraq qalır. Hələ 2012-ci ildə gənclər arasında işsizlik səviyyəsi dünya üzrə 12,6 faiz olduğu halda, İƏT ölkələri üzrə 15,6 faiz təşkil edib”.

Azərbaycan əhalisinin 28%-nin gənclərdən ibarət olduğunu qeyd edən F.Əlizadə gənclərin məşğulluğunun ölkəmiz üçün də aktual olduğunu diqqətə çatdırıb: “Aparılan uğurlu siyasət ümumi işsizlik səviyyəsinin Azərbaycanda 4,9 faizə enməsinə səbəb olub. Bu göstərici 15-29 yaşda gənclər arasında 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir ki, bu da dünya üzrə müvafiq göstəricilərdən aşağıdır. Ölkədə gənclərin məşğulluğunun təmin olunması istiqamətində fəal siyasət həyata keçirilir, bu sahədə beynəlxalq konvensiya və qətnamələrin müddəaları diqqətdə saxlanılır, gənclər üçün daha yaxşı təhsil və məşğulluq imkanlarının təmin edilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyan bir sıra dövlət proqramları icra olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm