Rəşad Məmmədovun həbs müddəti uzadıldı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Rəşad Məmmədovun həbs müddəti uzadıldı - RƏSMİ

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, R.Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən bu ilin may ayında tutulub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur (apa).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm