Dövlət qulluğuna yeni müsabiqə
Bizi izləyin

Qırmızı.az

Dövlət qulluğuna yeni müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gün dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.


Dövlət Qulluğu Komissiyasından Publika.az-a verilən məlumata görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 5 vakant vəzifə çıxarıb.


Müsabiqəyə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Əməliyyat sektorunda məsləhətçi, aparıcı məsləhətçi, analiz və məsləhət sektorunda baş məsləhətçi, sektor müdiri vakant vəzifələri təqdim edilib.

Qeyd edək ki, müsabiqəyə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sumqayıt Apelyasiya Məhkəməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsindəki vakant yerlər də çıxarılıb.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm