Qırmızı.az
Almaniyalı mütəxəssislər Azərbaycanda vulkanları öyrənir
.jpg?v1660701841)
Almaniya alimləri azərbaycanlı həmkarları ilə birgə ölkəmizdəki palçıq vulkanlarında tədqiqatlar apararaq geodinamik prosesləri öyrənir.
Publika.az xəbər verir ki, bu məqsədlə Almaniyanın Bremen Universitetinin “MARUM” adı ilə tanınan Dəniz Ətraf Mühiti üzrə Tədqiqatlar Mərkəzinin mütəxəssisləri Bakıya gəlib. Qurumun Dəniz geotektonikası departamentinin elmi assistenti Qoveyn Vimer və texniki mühəndisi Timo Flaşman Geologiya və Geofizika İnstitutunun Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyevlə birgə Ələtdə Daşğil palçıq vulkanında çöl işləri aparırlar. Mütəxəssislər MARUM-da hazırlanmış müasir elektron elmi-tədqiqat avadanlığını vulkanın ərazisində yerləşdirərək hərarət və məsaməlilik təzyiqini ölçürlər.
Ç.Əliyev qeyd edir ki, bu tip texnologiya ilə tədqiqatlar 2004-cü ildən başlayıb. Hazırda daha geniş imkanlara malik olan bu avadanlıq hər gün 24 saat ərzində monitorinq aparacaq. O, Yer qabığında geodinamik proseslərin nəticəsində baş verən hərarət və təzyiqlərdəki dəyişiklikləri qeydə alacaq. Sonra alimlər məlumatları təhlil edəcək, ətrafda baş verən və zəlzələlərə səbəb ola bilən yeraltı prosesləri daha dəqiq öyrənmək imkanı qazanacaqlar.Çöl tədqiqatları 4 gün davam edəcək.

-
Qoroskop00:15
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi