DSMF işçi axtarır
Bizi izləyin

Qırmızı.az

DSMF işçi axtarır

Dövlət Sosial Müdafiə Fondu (DSMF) işçi axtarır.

Fonddan Publika.az-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib. Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.

Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı vəzifələrə təyin olunub. Hazırda Fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm