Qırmızı.az
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistrlar üçün yeni imkan

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistr pilləsində təhsil alan tələbələrin işləyə bilməsi üçün tədris saatlarında dəyişiklik edilib.
Publika.az xəbər verir ki, bunu universitetin rektoru Mustafa Babanlı bu gün keçirilən “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, bu məsələdə onlara Təhsil Nazirliyinin dəstək göstərdiyini vurğulayıb.
“Bilirsiniz ki, ali məktəbin magistr pilləsində təhsil alan tələbələr işlədiyinə görə müəyyən problemlər yaşayırdılar. Bununla bağlı Təhsil Nazirliyinə müraciət etdik. Bu təklifimiz qəbul edildi. Artıq magistrlar axşam növbəsində təhsil alırlar. Bu tələbələr gündüz işləyir, axşam isə təhsil ala bilirlər. Bizim məqsədimiz insanlara problem yaratmaq deyil. Bu mənada, gələcəkdə tələbələrin problemlərinin həlli istiqamətində tədbirlər görüləcək”.
Gülxar

-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…
-
Dəb11:29
Dünyanın məşhur 12 ailəsi haqqında maraqlı faktlar - FOTO
-
Rəsmi xronika10:58
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - FOTO