Qırmızı.az
Noyabrda hava necə olacaq? - AYLIQ PROQNOZ
Azərbaycanda noyabr ayı üçün gözlənilən hava proqnozu
açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
Publika.az-a verilən məlumata görə, noyabr ayında
havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi
günlərdə bir qədər aşağı olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi
yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq
temperaturun 9-11 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-5,
gündüzlər 13-18, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm),
bəzi yerlərdə isə çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq
temperaturun 6-9 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi
günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17, bəzi günlərdə 5-10
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması
daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm),
bəzi yerlərdə isə çox olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy
rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 1-6
dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə
isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı
gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 27-34 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə
isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2
dərəcəyədək isti, gündüzlər 11-16, bəzi günlərdə 3-8 dərəcə isti)
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm)
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz
rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti (gecələr 2-7,
bəzi günlərdə 0-5 dərəcə isti, dağlarda 8-13 dərəcə şaxta,
gündüzlər 9-14, bəzi günlərdə 1-6 dərəcə isti) olacağı gözlənilir
ki, bu da iqlim norması daxilindədir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bir qədər çox
(norma 29-73 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq
temperaturun 8-11 dərəcə isti (gecələr 6-11, bəzi günlərdə 0-5,
gündüzlər 13-18, bəzi günlərdə 4-9 dərəcə isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm),
bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr
6-11, bəzi günlərdə 1-3 dərəcə isti, dağlarda 3-8 dərəcə şaxta,
gündüzlər 12-17, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və 1 dərəcə aşağıdır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?