Aydın Əliyev Kürdəmirdə qəbul keçirib
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Kürdəmirdə qəbul keçirib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarında yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin müvafiq struktur rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlərin müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və gömrük-keçid məntəqələrində vəziyyət barədə olub.

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm