Güclü külək 2-3 gün davam edəcək
Bizi izləyin

Qırmızı.az

Güclü külək 2-3 gün davam edəcək

Azərbaycanın əksər rayonlarında, o cümlədən paytaxt Bakıda yaxın 2-3 gündə küləkli hava şəraiti davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva məlumat verib.


U.Tağıyeva deyib ki, ölkə ərazisində güclü küləyin olacağı barədə ilkin xəbərdarlıq martın 15-də edilmişdi və bu barədə müvafiq strukturlar məlumatlandırılmışdı.


Onun sözlərinə görə, martın 18-nə keçən gecə Bakıda və Abşeron yarımadasında küləyin maksimal surəti saniyədə 28-30 metr olub: "Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi ərazilərində şimal və cənub küləkləri bir-birini əvəz edəcək, arabir güclənəcək".


Qeyd edək ki, martın 17-si günorta saatlarından başlayaraq Azərbaycan ərazisində kiçik qasırğa ilə müşahidə olunan güclü külək başlayıb. Bəzi yerlərdə elektrik enerjisində fasilələr yaranıb. Ağaclar, işıq dirəkləri aşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm