59 yaşlı qadın 46 yaşlı sevgilisini televizor pultu ilə öldürdü
Bizi izləyin

Qırmızı.az

59 yaşlı qadın 46 yaşlı sevgilisini televizor pultu ilə öldürdü

Rusiyanın Perm vilayətində vətəndaş nikahı ilə yaşadığı kişini öldürməkdə şübhəli bilinən qadın barəsində cinayət işi açılıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, martın 13-də 46 yaşlı kişinin meyiti Perm vilayətinin Nitvensk vilayətindəki evlərdən birində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Lakin məhkəmə-tibbi ekspertiza müəyyən edib ki, kişi nəfəs yollarının yad cisimlə - televizor pultu ilə qapadılması nəticəsində dünyasını dəyişib. Bununla əlaqədar olaraq, qətl maddəsilə cinayət işi açılıb.

Cinayətdə şübhəli şəxs qismində kişinin vətəndaş nikahı ilə yaşadığı 59 yaşlı qadın həbs edilib.

İstintaqın gəldiyi qənaətə görə, martın 13-də gecə qadın və kişi spirtli içki qəbul ediblər. Bundan sonra onların arasında şəxsi zəmində mübahisə yaranıb. Bu zaman qadın stolun üstündəki televizor pultunu götürərək var güçü ilə onu kişinin boğazına itələyib. Bununla da tənəffüs yolları qapanan kişi yerindəcə keçinib.

Faktla bağlı araşdırma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm