Azərbaycanda doğulan qadın Rusiyada hava limanında yaşayır - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda doğulan qadın Rusiyada hava limanında yaşayır - FOTO

Qazaxıstanın Rusiyadakı səfirliyi İraqdan ailəsi ilə Rusiyaya pənah gətirmiş Gülistan İsa-Şahonun Qazaxıstan vətəndaşı olduğunu təkzib edib.

“Tengrinews.kz”-nın xəbərinə görə, qadınla söhbət etmiş konsulluq əməkdaşları onun kürd olduğunu, 1981-ci ildə Azərbaycanda dünyaya gəldiyini və uşaq vaxtı valideynləri ilə bir neçə il Qazaxıstanda yaşadığını müəyyənləşdiriblər.

“Ona Qazaxıstan vətəndaşlığı və pasportu heç vaxt verilməyib. O, 1998-ci ildə İraqa köçüb və İraq vətəndaşına ərə gedərək bu ölkənin vətəndaşlığını alıb”,- deyə qurumdan bildirilib.

Diplomatlar qadının Qazaxıstanın rəsmi qurumlarına hər hansı xahişlə müraciət etmədiyini bildiriblər. Beləliklə, Gülistan İsa-Şaho və onun ailəsinin sonrakı aqibəti ilə bağlı məsələ Rusiyanın miqrasiya orqanlarının səlahiyyətindədir.

Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ilə əlaqədar Rusiya Federal Miqrasiya Xidmətinə təkrar müraciət etdiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl suriyalı 4 uşaqlı ailənin bir aydan çox “Şeremetyevo” hava limanının tranzit zonasında yaşadığı, qadının Qazaxıstan vətəndaşı olduğu barədə məlumatlar yayılıb. Sənədlərində problem olduğu üçün ailəyə Rusiyaya girişinə icazə verilməyib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm