FHN Fransanın Bakıdakı səfirliyi ilə birgə seminara start verib
Bizi izləyin

Qırmızı.az

FHN Fransanın Bakıdakı səfirliyi ilə birgə seminara start verib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) və Fransanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə noyabrın 2-də Dövlət Yanğından Mühafizə Xidmətində binalarda yanğınlara qarşı mübarizə üzrə seminar işə başlayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları üçün nəzərdə tutulan seminar binalarda yanğınlara qarşı mübarizə sahəsində Fransanın təcrübəsinin öyrənilməsi məqsədi daşıyır.

Tədbirin birinci günündə FHN-in beynəlxalq əlaqələr idarəsinin rəis müavini Ziya Hacılı və Fransanın Azərbaycandakı səfirliyinin daxili təhlükəsizlik məsələləri üzrə attaşesi Bruno Balduc seminarın əhəmiyyətini qeyd edib, iştirakçılara uğurlar arzulayıblar.

Noyabrın 6-dək davam edəcək seminarda Fransa Daxili İşlər Nazirliyinin Cənubi Korsika bölgəsi üzrə xilasetmə və yanğın şöbəsinin mütəxəssisləri Pyer Salinesinin və Yan Nikolanın mühazirələri dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm