Qırmızı.az
Azərbaycanda müəllimlərlə bağlı yeni qaydalar
Azərbaycanda bilik və bacarıqlarının qiymətləndirilməsi üzrə imtahanlarda iştirak edən müəllimlərin imtahandan xaric və nəticələrin ləğv edilə bilməsi halları açıqlanıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, “Müəllimlərin bilik və bacarıqlarının imtahanlarında iştirakçıların davranış qaydaları”na əsasən, müəllimlər imtahana gələrkən özləri ilə qələm və şəxsiyyət vəsiqələrini gətirməli, imtahan nəzarətçilərinin təlimatına uyğun olaraq imtahan keçirilən binaya daxil olmalıdırlar. Nazilrikdən bildirilib ki, nəzarətçilər təlimat verərkən müəllimlər imtahan keçirilən zallarda sakitliyi tam təmin etməli, bir-birilərinin təlimatı dinləmələrinə mane olmamalıdırlar.
Qaydalara görə, müəllimlər imtahan zamanı bir-birindən köçürməməli, bu və ya digər hər hansı bir səbəbə görə sakitliyi pozmamalıdırlar. İmtahanda iştirakçıların onlara verilən vərəqlərdən əlavə heç bir vasitədən istifadə etməsi, pərgar, kalkulyator, əlavə vərəq, kitabça və sair kimi ləvazimatları imtahanlara gətirməsi və ya istifadə edilməsi qadağandır. İmtahanda mobil telefonlar söndürülməlidir.
Nazirlikdən o da bildirilib ki, bu qaydalara riayət etməyən imtahan iştirakçıları imtahandan xaric olunacaq və onların nəticələri ləğv olunacaq.
Xatırladaq ki, noyabrın 28-29-da Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 4-6-da Masallı və Cəlilabad rayonundan olan müəllimlər Masallı Olimpiya İdman Kompleksində, dekabrın 9-12-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində, dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO