Köpək balığı 10 yaşlı qızın qolunu qopardı
Bizi izləyin

Qırmızı.az

Köpək balığı 10 yaşlı qızın qolunu qopardı

Avstraliyanın şərqində 10 yaşlı qız köpəkbalığının hücumuna məruz qalıb.

Yeni Cənubi Uels əyalətinin rəsmiləri bildiriblər ki, köpəkbalığı dənizdə üzən uşağın qolunu dişləyib. Xəstəxanaya çatdırılan qızın vəziyyətinin ağır olduğu açıqlanıb.

Qeyd edək ki, Avstraliyada köpəkbalıqlarının insanlara hücum etməsi halına tez-tez rast gəlinir. Keçən il bu səbəbdən 2 nəfər həyatını itirib./Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm