Şeyxin amerikalı qonaqdan Qarabağ tələbi
Bizi izləyin

Qırmızı.az

Şeyxin amerikalı qonaqdan Qarabağ tələbi

"Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra dini sahəyə xüsusi diqqət ayrıldı, dövlət vəsaiti hesabına məscidlər, sinaqoqlar, kilsələr yenidən quruldu. Azərbaycan dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya bir nümunədir”.

Publika.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles yəhudi icmasının nümayəndə heyəti ilə görüşdə deyib.

O qeyd edib ki, yəhudi icmasının bu səfəri də dinlər arasında münasibətlərin inkişafına töhfə verəcək.

Bütün Qafqazın Şeyxi Dağlıq Qarabağ probleminə də toxunub və münaqişənin həllində ABŞ-ın ədalətli tərəfin yanında olacağına əmin olduğunu bildirib.

Şeyxülislam həmçinin bu yaxınlarda Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından da danışaraq bəzən hadisələrin insan iradəsindən asılı olmadığını deyib. Daha sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm