Sabah bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2” və “Masazır”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və ''Yalama'', Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsabad” və ''Göyçay-1'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin ”Şıxlı”, ''Ağköynək'', Gədəbəy'' və ''Daşkəsən'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

Publika.az “Azəriqaz” İB-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm