3 152 503 nəfər oldular...
Bizi izləyin

Qırmızı.az

3 152 503 nəfər oldular...

2015-ci il noyabr ayının 1-nə olan statistikaya görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayında əlavə olaraq 16 147 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin İctimaiyyətlə Əlaqələr Sektorundan Publika.az-a verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,92 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 152 503 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19 faizi (1 865 815 nəfər) kişi, 40,81 faizi (1 286 688 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,02 faizini (788 890 nəfər) təşkil edir.

Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,25 faizini (669 702 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,53 faizini (647 223 nəfər) 40-50 yaş aralığında, 21,16 faizini (667 033 nəfər) 50-60 yaş aralığında, 12,04 faizini (379 655 nəfər) isə 60 yaşdan yuxarı olanlar təşkil edir.

Fərdi uçot qanunvericiliyə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixindən tətbiq olunan “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm