Özlərini dəyərsiz, küçə iti kimi hiss edən uşaqlar
Bizi izləyin

Qırmızı.az

Özlərini dəyərsiz, küçə iti kimi hiss edən uşaqlar

Hər 10 dəqiqədə dünyada bir vətənsiz uşaq doğulur.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının “Vətənsiz Uşaqlar" adlı hesabatında açıqlanıb.

250-dən çox vətəndaşlığı olmayan uşaq və onların ailələriylə keçirilən görüşlərdən sonra hazırlanan hesabatda vətəndaşlığı olmayan uşaqların fikirlərinə də yer verilib.

Bu uşaqların az qala hamısının "ayrı-seçkilik və ümidsizlik" kimi duyğularla böyüdüklərini qeyd ediblər.

Hesabatda 7 ölkədən vətəndaşlığı olmayan uşaqlarla aparılan görüşlər nəticəsində onların özlərini "dəyərsiz, görünməz, bəzilərinin kölgəsində yaşayan, küçə iti" kimi hiss etdikləri qeyd olunub.

Vətənsiz insanların təhsil, səhiyyə və iş sahələrində "keçilməz maneələrlə" qarşı-qarşıya qaldığı ifadə edilən hesabatda, vətənsizliyin uşaq, gənclər, ailələrdə "psixoloji pozuntulara" səbəb olduğu vurğulanıb.

Hesabata görə, ölkələrindəki etnik və dini ayrı-seçkilik, həmçinin müharibələr səbəbindən başqa ölkələrdə yaşamaq məcburiyyətində qalan insanlar hər il ən azı 70 min vətəndaşlığı olmayan uşaq dünyaya gətirir.

Bu da təxminən dünyada hər 10 dəqiqədə bir uşaq deməkdir. 30-dan çox ölkədə doğum haqqında sənədləri olmadığına görə uşaqlar səhiyyə xidmətindən yararlana bilmir, 20-dən çox ölkədə isə bu uşaqlar peyvənd edilmir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm