Mingəçevirlilərə iş veriləcək
Bizi izləyin

Qırmızı.az

Mingəçevirlilərə iş veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti noyabrın 6-da Mingəçevir şəhərində əmək yarmarkası keçirəcək.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.

Təqdim olunan boş iş yerləri sırasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə ayrılmış iş yerləri də olacaq. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Bu ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 54 Əmək yarmarkası təşkil olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm