Bakı-Sumqayıt yolunda son durum necədir?
Bizi izləyin

Qırmızı.az

Bakı-Sumqayıt yolunda son durum necədir?

Bakı-Sumqayıt yolunda çökmə sabitləşmək üzrədir. Son günlər çökmə ərazisinin genişlənməsində fərq müşahidə edilmir.

Bunu Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə baş verən əraziyə qurum əməkdaşları vaxtaşırı baş çəkirlər.

“Bərkidilmə işləri aparılandan bəri çökmə prosesinin dinamikasında müəyyən sabitləşmə baş verib. Hazırda da ərazidə təmir-bərpa işləri aparılır. İstinad divarı müəyyən qədər Avtovağzal tərəfə hərəkət etdiyindən özü ilə bərabər çöküntüləri də gətirmişdi. Həmin sahələrdə nisbi sabitlik əmələ gəlib. Bərpa işləri sona çatana qədər yəqin ki, çatlar da doldurulacaq. Aparılan bu işlər çökmə prosesinin qarşısını alacaq”.

Qeyd edək ki, ötən ay Bakı-Sumqayıt yolunda baş verən sürüşmədən sonra “Bakı Beynəlxalq Avtovağzalı”nın qarşısındakı yolda çökmə baş vermişdi. Nəticədə avtovağzalın 3 istinad divarında çatlar əmələ gəlmişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm