Dövlət Bayrağı Gününə həsr olunan marka hazırlanıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dövlət Bayrağı Gününə həsr olunan marka hazırlanıb - FOTOLAR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə yeni marka və zərflər dövriyyəyə buraxılıb.

Publika.az xəbər verir ki, Dövlət Bayrağı Meydanının (DBM) 5 illik yubileyinə həsr olunmuş marka və birinci gün zərflərinin Dövlət Bayrağı Muzeyində təqdimat mərasimində DBM Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev çıxış edərək bildirib ki, müstəqilliyimizin rəmzi olan bayrağın 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. O, ölkənin milli atributu olan bayrağa həsr olunan bayramın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov çıxış edərək bildirib ki dünyanın ən hündür, ən geniş ölçülü və çəkisinə görə bir neçə “Ginnes” rekorduna malik olan bayrağımızın hər birimizin ürəyində xüsusi dəyəri var.

Markaların tarixi şəxsiyyətlərə, idmançılara, müxtəlif atributlara həsr olunduğunu deyən İ. Məmmədov qeyd edib ki, Azərbaycanda marka ən çox dövlət bayrağına həsr olunub:

“Azərbaycanın ilk markası da 1918-ci ildə Azərbaycanın ilk bayrağına həsr olunub. Bu günə kimi Azərbaycan bayrağına həsr olunan 100-lərlə marka dövriyyəyə buraxılıb. Müstəqilliyimizin atributu olan belə markaların buraxılması xarici diplomatik missiyalarımızın da işinə təkan verəcək”.

Marka və zərflər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev tərəfindən ştempellənib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm