Uşaqlara qarşı cinayətlərin statistikası açıqlandı
Bizi izləyin

Qırmızı.az

Uşaqlara qarşı cinayətlərin statistikası açıqlandı

“Bir uşağı təhsildən yayındırıb, onun ev işlərinə məcbur edilməsi də zorakılıqdır”.

Publika.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Uşaqların zorakılıqdan müdafiəsi” mövzusuna həsr olunmuş təlimdə bildirib.

Onun sözlərinə görə, Komitə öz fəaliyyətində uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, idarəetmə sahəsindəki biliklərinin artırılması, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi önəm verir.

“Hazırda azyaşlılara qarşı zorakılıq hallarının müşahidə olunduğunu nəzərə alaraq uşaqların zorakılıq hallarından müdafiəsi aktual məsələlərdən sayılır. Uşaqların iştirakı ilə bu məsələlərin müzakirəsi, onların hüquqları ilə bağlı məlumatlılığın artırılması, elə də məsələ ilə bağlı onların fikirlərinin öyrənilməsi vacibdir”.

Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Əkbər Əkbərov çıxışında bildirib ki, bu ilin 9 ayı ərzində yetkinlik yaşına çatmayanlara qarşı ümumilikdə 470 cinayət törədilib.

“Cinayətlərin 244-ü yetkinlik yaşına çatmayan qızlara qarşı, 134-ü 14 yaşa qədər olan şəxslərə qarşı, 336 fakt isə 14-17 yaş arası şəxslərə qarşı törədilib. Bu ilin 9 ayında yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıqlarla bağlı cinayətlərin sayı 133 olub. Ailə münaqişəsi və digər sosial məişət problemləri zəminində yetkinlik yaşına çatmayanlara qarşı 7 cinayət törədilib. Yetkinlik yaşına çatmayanlara qarşı cinayət törətməsi müəyyən edilmiş şəxslərin sayı 437 olub”.

Ailə məişət zəminində baş verən münaqişələrə toxunan Ə.Əkbərov bildirib ki, bu hallar birbaşa uşaqlara qarşı olmasa da, onların hadisələrdə iştirakı mənəvi zərər görmələrinə səbəb olur.

“Ailədə baş verən zorakılıq uşaqda mənəvi sarsıntı yaradır. Məktəbdə təhsil prosesinə, sonrakı həyatına təsir göstərir. Uşaqlara qarşı cinayətlərin qarşısını almaq çox çətindir. Lakin buna qarşı mübarizə apara bilirik. Zorakılığın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürük. Əvvəlcə daxil olmuş hər bir məlumatla əlaqədar ailələrə baş çəkirik. Fakt təkrar olunarsa, müvafiq qurumlar bu barədə məlumatlandırılır”.

Uşaq Hüquqları QHT Alyansının sədri Nazir Quliyev çıxış edərək uşaqlara qarşı zorakılığın səbəbləri və bunun aradan qaldırılması yollarından danışıb.

Daha sonra tədbir Bakı şəhərinin Nərimanov, Xəzər, Nəsimi, Qaradağ, Yasamal, Suraxanı rayonlarını təmsil edən, öz fəallığı və liderlik bacarıqları ilə fərqlənən yuxarı sinif şagirdlərinin müzakirəsi ilə davam edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm