Tələbələr nüfuzlu şirkətin təqaüdünü alacaq
Bizi izləyin

Qırmızı.az

Tələbələr nüfuzlu şirkətin təqaüdünü alacaq

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələri ilə “AzFinance Invest” şirkətində təcrübə keçib, təqaüd ala biləcək.

Publika.az xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.

Müqavilə tələbələrə maliyyə-investisiya xidmətləri haqda praktiki biliklərinin artırılmasına, şirkətin adlı təqaüdünü əldə etmələrinə və real iş mühitində istehsalat təcrübəsini keçmələrinə şərait yaradacaq.

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı universitetin korporativ sektorla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Şirkətin direktoru Abid Məmmədov tələbələrə “AzFinance Invest”in xidmətləri barədə məlumat verib. Yerli və xarici bazarda törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarından danışan şirkət rəhbəri qeyd edib ki, müştərilər dövriyyədə olan qiymətli kağızlar barədə bütün statistik məlumatları əldə etmək imkanına malikdir. Universitetlə əməkdaşlığa böyük ümidlər bəslədiyini qeyd edən Abid Məmmədov vurğulayıb ki, şirkətin bütün imkanlarından yararlanmaq üçün tələbələrə hər cür şərait yaradılacaq.

Şirkət tələbələr üçün silsilə təlimlər keçirəcək. Ən yüksək nəticə göstərən tələbələrə adlı təqaüdlərin verilməsi nəzərdə tutulub. Həmin tələbələrin “AzFinance Invest” şirkətində karyera qurmaları üçün də şərait yaradılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm