Bu gün Televiziya və Radio İşçiləri Günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Televiziya və Radio İşçiləri Günüdür

Bu gün Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramıdır.

Publika.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Məhz həmin il noyabrın 26-da ilk radio verilişi efirə çıxıb. O dövrdə radio verilişlərinin gündəlik efir vaxtı cəmi 2 saat təşkil edirdi. Sonradan bu vaxt 4 saata, daha sonra 6 saata çatdı. Azərbaycanda ilk televiziya verilişi isə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqil teleradioşirkətlərin sayı da artıb. Belə ki, bu il Bakıda dövlət və özəl telekanalların sayı 11-ə çatıb. Regionlarda 13, Naxçıvanda 2 telekanal, 14 ümumrespublika, 3 regional radio yayımçısı fəaliyyət göstərir.

Publika.az bayram münasibəti ilə bütün radio və televiziya işçilərini təbrik edir.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm