Dini Komitədən Sabunçu hadisələri ilə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dini Komitədən Sabunçu hadisələri ilə bağlı AÇIQLAMA

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakının Sabunçu rayonunda polislə dindarlar arasında baş verən olayla bağlı açıqlama yayıb.

Komitənin sədr müavini Səyavuş Heydərovun Publika.az-a verdiyi məlumata görə, rəsmi qeydiyyatdan keçməmiş, Müsəlman Birliyi Hərəkatı adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov 05.11.2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb.

Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər-çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm