Qiymətin enməsi dərmanların keyfiyyətinə təsir edəcəkmi?
Bizi izləyin

Qırmızı.az

Qiymətin enməsi dərmanların keyfiyyətinə təsir edəcəkmi?

“Ölkəyə idxal olunan dərman vasitələrinin həm qeydiyyat prosesində, həm də idxal zamanı keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən müvafiq qaydada nəzarət olunur. Ölkələr üzrə dərman vasitələrinin qiymətlərinin təhlili göstərir ki, dərman vasitəsinin qiyməti ilə onun keyfiyyəti arasında statistik baxımdan birbaşa əlaqə, pozitiv korrelyasiya mövcud deyil”.

Publika.az xəbər verir ki, bu sözləri bu sözləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov "Xalq qəzeti"nə müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyada tanınmış nüfuzlu əczaçılıq şirkətləri tərəfindən istehsal olunmuş dərman vasitələri bəzi Avropa ölkələrində ucuz, bəzi Avropa ölkələrində isə daha baha qiymətə satılır. Yaxud müşahidələrimiz eyni istehsalçının dərman vasitələrinin qiymətlərinin bir sıra Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrdə Avropa ölkələri ilə müqayisədə dəfələrlə baha olduğunu göstərir.

“Qiymətlərin ucuzluğunu əsas gətirərək heç cür iddia edə bilmərik ki, həmin Avropa ölkələrində dərman vasitəsini istehsal edən şirkətlər və ya keyfiyyətə nəzarət edən aidiyyəti qurumlar qiymətin aşağı olması üçün keyfiyyətdə “güzəştə” gediblər. Hətta eyni istehsalçı tərəfindən istehsal olunan dərman vasitələri müxtəlif ölkələrdə bir-birindən kəskin fərqlənən qiymətlərlə satışa çıxarılır.

Məhz bu kimi səbəblər Avropa ölkələrini “maya dəyəri”, “keyfiyyət” kimi amillər əsasında deyil, istinad ölkələrində qiymətlərin müqayisəsinə dayanan referans qiymət sistemi əsasında dövlət tənzimlənməsi mexanizminin tətbiqinə yönəldilib”-deyə Şura rəsmisi əlavə edib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm