Məktəblilər biliklərini sınadılar
Bizi izləyin

Qırmızı.az

Məktəblilər biliklərini sınadılar

Bu gün Bakı şəhəri üzrə 4 mərkəzdə (18, 138, 252, 276 nömrəli məktəblər) fənn müsabiqələri keçirilib.

Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, fənn müsabiqələri VII-VIII sinif şagirdləri arasında baş tutub.

Beş fənn üzrə təşkil edilmiş fənn müsabiqələrində fizika, kimya, biologiya və informatika fənləri üzrə 8-сi sinif şagirdləri, riyaziyyat fənni üzrə isə 7-ci sinif şagirdləri iştirak edib. Müsabiqə iştirakçılarına 30 test sualını cavablandırmaq üçün 1,5 saat vaxt verilib.

Fənn müsabiqələrinin yanvar ayına qədər 3 dəfə keçirilməsi nəzərdə tutulur. Bu müsabiqələrin iştirakçısı olan şagirdlər nəticələrindən asılı olmayaraq hər üç mərhələdə öz biliklərini sınayacaqlar.

Fənn müsabiqələrində fərqlənən şagirdlər Bakı Şəhəri Üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm