Qırmızı.az
General-mayor özünü güllələdi
Sovet ordusunun Baş Qərargahının keçmiş yüksək çinli zabiti, istefada olan general-mayor Boris Saplin özünü güllələyib.
ANS PRESS-in məlumatına görə, intihar hadisəsi martın 18-də Moskva şəhərində baş verib. General ona mükafat kimi verilmiş tapançadan özünə atəş açıb.
Saplin ölümdən qabaq məktub yazıb və bildirib ki, o, ağır onkoloji xəstəliyə tutulub və əzab içində yaşamağa məhkumdur. “Mənim başım çox ağrıyır, boğaza yığılmışam”, - deyə cəsədlə yanaşı tapılmış ölümqabağı məktubda yazılıb.
Bu cari ildə Rusiyanın yüksək çinli zabitinin ikinci intihar hadisəsidir. 7 fevral 2014-cü ildə istefada olan kontr-admiral Vyaçeslav Apanasenko intihar cəhdindən sonra ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Dörd gün komada qaldıqdan sonra fevralın 10-da o, dünyasını dəyişib.
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır