Qırmızı.az
Müdafiə naziri cəbhəyə getdi - FOTO
Cəbhəboyu zonada yerləşən birlik, birləşmə və hərbi hissələrdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.
Publika.az xəbər verir ki, müdafiə nazirliyinin
rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş
imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini,
postlar və mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının
təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat
və digər vasitələrin tam hazırlığını yoxlayıb.
General-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və
xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına
diqqətin daha da artırılması, döyüş növbətçiliyinin aparılmasında
sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının istənilən
anda, dəqiq və vaxtında yerinə yetirilməsi, o cümlədən müharibə
zamanı bölmələrin döyüş hazırlığı vəziyyətinə gətirilməsi ilə
əlaqədar komandir və rəis heyətinə müvafiq göstərişlər verib.
Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib,
onların xidmətləri və qayğıları ilə maraqlanıb. Sonda nazir ön
xətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və
qısa müddətli məzuniyyətlə mükafatlandırıb.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü