Gəncə Hava Limanı fəaliyyətini bərpa etdi
Bizi izləyin

Qırmızı.az

Gəncə Hava Limanı fəaliyyətini bərpa etdi

Gəncə Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib.

Publika.az xəbər verir ki, bu haqda Report-a limanın direktor müavini Valeri Kozin məlumat verib. O, qeyd edib ki, Türk Hava Yollarına (THY) məxsus İstanbul-Gəncə reysinin həyata keçirməsinə mane olan qatı duman artıq müşahidə edilmir.Belə ki, günün ikinci yarısında gözlənilən "Moskva-Gəncə" reysi vaxtında həyata keçiriləcək.

Xatırladaq ki, bu gün səhər İstanbul-Gəncə reysini həyata keçirən təyyarə Gəncə Beynəlxalq Hava Limanına eniş edə bilməyib. Təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib, sərnişinlər isə avtobuslarla Gəncəyə göndərilib.

THY təyyarəsi isə artıq Türkiyəyə qayıdıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm