Musa Qasımlı: Onlar qanun qarşısında cavab verməlidirlər
Bizi izləyin

Qırmızı.az

Musa Qasımlı: Onlar qanun qarşısında cavab verməlidirlər

Radikal dini qrupların təxribat törətməsi halların qarşısı qətiyyətlə alınmalı və həmin hərəkətləri edənlər qanun qarşısında cavab verməlidirlər.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı Sabunçu rayonunda bir qrup radikal dindarın ictimai qaydanı pozmaq cəhdinə münasibət bidirərkən deyib.

M.Qasımlı bildirib ki, Azərbaycan dünyəvi, demokratik dövlətdir:

“Ölkəmizdə din dövlətdən ayrıdır. Dindarların dini ayinlərini icra etmələri üçün dövlətimiz lazım olan bütün şəraiti yaradıb”.

M.Quliyev bildirib ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və dini ayinlərin icrası üçün yaradılan lazımi şəraitə baxmayaraq, radikal dini qrupların təxribat törətməsi, sabitliyi pozması və dövlətin işinə müdaxilə etməsi hallarına rast gəlinir:

“Belə halların qarşısı qətiyyətlə alınmalı və həmin hərəkətləri edənlər qanun qarşısında cavab verməlidirlər. Xüsusən xaricdən maliyyələşən və ya əlaqəsi olan qruplaşmalara qarşı qanunun bütün gücü tətbiq edilməlidir. Təxribat törətməyə cəhd edən lazımi hüquqi cəzasını almalıdır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm