Komitə: Uşaqların əməyi ailələri tərəfindən istismar edilir
Bizi izləyin

Qırmızı.az

Komitə: Uşaqların əməyi ailələri tərəfindən istismar edilir

"Uşaqların əməyinin ailələri tərəfindən istismar edilməsi araşdırılıb".

Bu sözləri Publika.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib.

C.Bağırova bildirib ki, ilin müxtəlif fəsillərində Ailə, Qadın və Uşaqlar Problemləri üzrə Dövlət Komitəsi bölgələrdə monitorinq keçirib:

“Hüquq-mühafizə orqanları, yerli icra hakimiyyəti orqanları, həmçinin əmək müfəttişləri ilə birlikdə müxtəlif vaxtlarda uşaq əməyinin istismar edilməsi ilə bağlı regionlarda monitorinqlər apardıq. Uşaqların daha çox avto-təmir sexlərində istismara məruz qaldığı, bazarlarda, xırda ticarət obyektlərində işlədiyi, mövsümi xarakterli meyvə yığımında onlardan istifadə olunduğu aşkar edilmişdir. Reydlərdə yeli icra hakimiyyətlərinin nümayəndələri də iştirak edirdi. Reydlər əsasında hazırlanmış təkliflər qanunvericilikdə müəyyən dəyişikliklər edilməsi üçün təqdim ediləcək”.

Uşaqların kənar şəxslər tərəfindən deyil, valideynləri tərəfindən əməyə cəlb olunduğunu deyən şöbə müdiri, bu halların kütləvi olmasının narahatlıq yaratdığını vurğulayıb:

“Uşaqların ailə işlərinə kömək etməsi normaldır. Lakin bu hal mütəmadi xarakter alırsa, uşaqların təhsildən yayınmasına səbəb olursa, bunun qarşısını alırıq. Monitorinqlərimiz də əsasən məktəb dövründə oldu. Bu da əməyə cəlb edilən uşaqların təhsildən yayınıb-yayınmamasını müəyyən etmək imkanı verdi. Az da olsa, uşaqların əməyə cəlb edilməsi faktlarına rast gəldik. Bu halların qarşısını ilkin mərhələdə yerli orqanlar vasitəsilə aldıq. Növbəti il də bu monitorinqlərimiz davam edəcək. Bununla da uşaq əməyindən istifadə hallarını nəzarətdə saxlamış oluruq ki, bu zaman valideynlər müəyyən qədər çəkinir. Belə hallar az da olsa, yaşanır və qarşısını almalıyıq. Bu işlər şəbəkə formasında qurulmalıdır.Xüsusən də, məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür. Uşaq bir neçə gün dərsə gəlmirsə, arayış gətirmirsə, bu artıq düşünməyə vadar etməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm