İranda azərbaycanlılar təhqir olundu - Xalq ayaqda - VİDEO
Bizi izləyin

Qırmızı.az

İranda azərbaycanlılar təhqir olundu - Xalq ayaqda - VİDEO

İran İslam Respublikasının televiziyasında Azərbaycan türkləri növbəti dəfə təhqir edilib.

Publika.az xəbər verir ki, cümə günü İran kanalında (kanal-2) yayımlanan “2 Fitilə” adlı proqramda azərbaycanlılar inanılmaz şəkildə təhqir edilib.

Proqramın “Hotel Fitilə” adlanan hissəsində pis iyə görə oteli tərk etmək istəyən azərbaycanlı ata və oğulun saxta dastanı təsvir edilir. Təhqiramiz dastanda diş fırçası əvəzinə tualet fırçasından istifadə edən azərbaycanlı oğlan atası ilə birlikdə oteldə pis iyin olmasına etiraz edir və sonda anlayırlar ki, elə bu iyin mənşəyi onların özüdür.

Proqram Cənubi Azərbaycan əhalisinin ciddi etirazına səbəb olub və etirazların genişlənə biləcəyi gözlənilir.

Xatırladaq ki, 2006-ci il may ayında İranın rəsmi dövlət qəzeti “Ruznameyi İran”-ın uşaqlar üçün olan bölməsində dərc etdiyi karikaturalı məqalədə türkləri hamam böcəyinə oxşadaraq, məqalənin müxtəlif yerlərində onları dilsiz, mədəniyyətsiz və insan yaşamı üçün gərəksiz kimi göstərmişdilər. Buna etiraz olaraq Cənubi Azərbaycan əhalisi ayağa qalxmışdı.

Tarixə 22 may qiyamı adı ilə düşən etiraz ilk dəfə Təbrizdə, sonra isə Urmiya, Sulduz, Marağa, Əhər, Xoy kimi şəhərlərdə davam etmişdi. Təbriz 1 milyondan çox etirazçısı ilə fars irqçiliyinə qarşı birlik göstərmişdi.

Məryəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm