Qırmızı.az
Qarabağ əlillərinə avtomobil veriləcək
2-3 ay ərzində 660 Qarabağ müharibəsi əlili avtomobillə
təmin olunacaq.
Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi
naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, artıq respublikaya 1530 dəstləşdirici hissələr
çatdırılıb və hazırda onların yığılması prosesi gedir. Avtomobillər
Naxçıvan Avtomobil Zavodunda yığılır.
S.Müslümov bildirib ki, təqribən 150 avtomobil aprelin əvvəlində
təhvil veriləcək: "Avtomobillər hazır olduqca kiçik hissələrlə -
50-100 ədəd Bakıya çatdırılacaq".
Nazirin sözlərinə görə, avtomobillərin verilməsinə ciddi nəzarət
ediləcək: "Avtomobil almaq üçün müraciət edənlərin siyahısı
nazirliyin saytında dərc olunacaq və hər bir vətəndaş növbədə sayca
neçənci olmasını əyani şəkildə görə bilər".
S.Müslümov qeyd edib ki, avtomobillərin verilməsi prosesində
şəffaflığı təmin etmək məqsədi ilə, həmçinin nazirliyin mənzil və
digər məsələlərinin həllində müvafiq nazirlik və Qarabağ müharibəsi
veteranları və əlillərinin yaratdığı qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarət xüsusi komissiyanın yaradılması üzrə həll
layihəsi hazırlanıb.
1998-2003-cü illərdə Qarabağ müharibəsi əlillərinə 1230 minik
avtomobili verildiyi halda, 2004-2013-cü illərdə bu rəqəm 2300-ü
ötüb.
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?