"Azərsu" aramsız yağan yağışa görə gücləndirilmiş rejimə keçdi
Bizi izləyin

Qırmızı.az

"Azərsu" aramsız yağan yağışa görə gücləndirilmiş rejimə keçdi

“Azərsu” ASC aramsız yağan yağışa görə gücləndirilmiş iş rejiminə keçib.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, hazırda “Azərsu” ASC-nin bütün briqadaları ərazilərə cəlb edilib. Bu səbəbdən də rast gəlinəcəyi təqdirdə hər hansı problem dərhal aradan qaldırılacaq: “Azərsu” ASC dünəndən gücləndirilmiş iş rejimində işləyir. Xüsusi briqada və mütəxəssislərimiz şəhərin hər yerində işə cəlb olunub. Kanalizasiya-nasos stansiyaları gücləndirilmiş rejimdə işləyir, yollardan yağış sularını kənarlaşdırırlar. Hələ ki, hər hansı nöqsana rast gəlinməyib. Əməkdaşlarımız 24 saat işləyirlər”.

Qeyd edək ki, Bakıda və Azərbaycanın digər bölgələrində dünəndən aramsız yağış yağır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm