"Azərsu"nun keçmiş rəhbərinə qurumda yeni vəzifə verildi
Bizi izləyin

Qırmızı.az

"Azərsu"nun keçmiş rəhbərinə qurumda yeni vəzifə verildi

"Azərsu" ASC-nin keçmiş sədri Nizaməddin Rzayev bu quruma işə qayıdıb.

ASC-dən Trend-ə verilən məlumata görə, N.Rzayev "Azərsu" ASC-nin birinci müavini Teyyub Cabbarovun müşaviri təyin edilib.

N.Rzayev Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ASC-nin sədri vəzifəsindən azad edilmişdi. Dövlət başçısının digər sərəncamı ilə həmin vəzifəyə SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynov təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm