Yağışın Astaraya vurduğu fəsadlar aradan qaldırılır
Bizi izləyin

Qırmızı.az

Yağışın Astaraya vurduğu fəsadlar aradan qaldırılır

Son bir neçə gündür ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti nəticəsində Astarada evlərin həyətlərini su basıb.

Rayon sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə nəticəsində evlərin həyətlərini su basıb, hətta bəzi yerlərdə quyular belə dolub-daşıb. Vətəndaşların sözlərinə görə, həyətləri su basmasının səbəbi təbii kanalların açıq olmamasıdır. Nəticədə sular Astara çayına axa bilmir.

Astara rayon icra başçısının birinci müavini Allahverən Mahmudov hazırda ərazidə olduqlarını, su basmış həyətlərə baxış keçirdiklərini deyib.

Onun sözlərinə görə, həyətləri su basmasının səbəbi yağıntının normadan 2 dəfə çox olması, həyətlərdə olan təbii kanalların tutulmasıdır.

“Bəzən evləri kanalların üstündə tikirlər. Nəticədə kanallar bağlanıb, yağış suyunun axmasının qarşısı alınıb. Hazırda 200-ə yaxın vətəndaşın həyətində suyun səviyyəsi 50 sm-ə qədərdir. Çökək, yaşayış üçün təyinatlı olmayan ərazilərdə su basması halları daha çoxdur. Həmin ərazilərdə suyun səviyyəsi 60-70 sm-ə qədərdir. Bizdə hər hansı yaşayış məntəqəsinin yararsız hala düşməsi ilə bağlı məlumat yoxdur və belə hallar müşahidə etməmişik. Sadəcə, həyətləri su basıb, onun da aradan qaldırılması üçün hazırda iş görülür”.

O, hazırda Fövqəladə Hallar Nazirliyinin Lənkəran regional şöbəsinin əməkdaşları hadisə yerində olduqlarını deyib:

“Onlar ərazidə suyun çəkilməsi ilə məşğuldur. Bir neçə gün yağıntı olmazsa, yağış suları ərazidən çəkiləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm