Yağışlar qayıdır – HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Yağışlar qayıdır – HAVA PROQNOZU

Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraiti olacağı gözlənilir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, noyabrın 12-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Axşam yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərində yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm